Kolumbiyalı müğənni Şakira 14,5 milyon avro gəlir vergisini ödəmədiyinə görə rəsmən mühakimə olunub.
Hafta.az bildirir ki, İspaniyada təxminən 15 milyon avro vergidən yayındığı üçün mühakimə olunan dünya şöhrətli müğənni Şakiranın 8 il həbsi istənilib.
Məhkəmə bu gün kolumbiyalı pop müğənni Şakiranın vergidən yayınma ittihamı ilə işini təsdiqləyib.
İspaniya prokurorları məşhur müğənninin 2012-2014-cü illərdə 14,5 milyon avro vergidən yayınma ittihamı ilə 8 il 2 ay həbs və cərimə oluna biləcəyini bildirib.
Məhkəmənin vaxtı hələ müəyyən edilməyib.
May ayında Barselona Məhkəməsi İspaniyada yaşadığı 2012-2014-cü illərdə qazandığı gəlirləri gizlədərək 14,5 milyon avroluq vergidən yayınmaqda günahlandırılan Şakiranın etirazlarını rədd etmiş və 6 fərqli ittihamla mühakimə olunmasına qərar vermişdi.