Yazını böyüt
Yazını kiçilt
Abşeronda yanğın hadisəsi olub.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi 70 m² olan birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.