Seçkiləri ATƏT-dən 290-a yaxın müşahidəçi İZLƏYƏCƏK

17:17 27.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün indiyədək ümumilikdə 111 min 200-ə yaxın yerli müşahidəçi akkreditasiyadan keçib.

Hafta.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 27-də keçirilən iclasında söyləyib.

M.Pənahov vurğulayıb ki, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 227 nəfər, ATƏT PA-dan 61, MDB Parlamentlərarası Assambleyasından 34 nəfər, Müstəqil Dövlətlər Birliyindən 93, nəfər, Türk Dövlətləri Parlament Assambleyasından (TÜRKPA) 16 nəfər akkreditə olunub.