Səkidə motosiklet sürən sürücü cəzalandırıldı

08:05 29.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ötən gecə Türkiyənin Zonguldak Vergilər İdarəsinin qarşısında yol hərəkəti məmurları səkidə hərəkət edən motosikleti saxlayıb və cərimə qəbzi verməyə cəhd ediblər. Sürücü və həyat yoldaşı cəzaya etiraz edərək polislə mübahisə edib. Mübahisə zamanı qadın dəbilqəsi ilə zabiti vurmaq istəyib.

Hafta.az-ın yazdığına görə, qadın dəbilqəsi ilə zabiti vurmaq istəyəndə polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparıblar. Görüntülər sosial mediada böyük maraq yaradıb. Görüntülərdə diqqəti çəkən detal qadın məmurlarla mübarizə apararkən ərinin hadisələri səssizcə izləməsi olub.

Baş Təhlükəsizlik Müdirliyi motosiklet sürücüsünün cəzalandırıldığını bildirən açıqlama yayıb. Sürücünün həyat yoldaşı olduğu bildirilən sərnişin şəxsiyyət vəsiqəsini təqdim etməyib, polis əməkdaşlarına fiziki və şifahi müqavimət göstərib.

Sürücü və həyat yoldaşı zor tətbiq edilərək lazımi tədbir görülməsi üçün polis bölməsinə aparılıb. “Məsələni araşdırmaq üçün Təhlükəsizlik Baş Müdirliyimiz tərəfindən bir polis baş müfəttişi təyin edilib”, - bildirilib.

Polis məmuru bölməyə apardığı qadından onu motosiklet dəbilqəsi ilə vurmağa cəhd göstərdiyi üçün şikayət edib.