“My Heart Will Go On” mahnısı ilə yadda qalan məşhur müğənni Selin Dion 2022-ci ilin dekabrında yazdığı paylaşımda qıcolmalara səbəb olan, yerimə və oxuma qabiliyyətinə təsir edən “sert insan sindromu” olduğunu və konsertlərinə fasilə verdiyini bildirib.
Hafta.az-ın yazdığına görə, müğənninin son vəziyyətini onun böyük bacısı Klodet açıqlayıb. Selin Dionun mübarizə apardığı "rigid person sindromu" səbəbiylə səhnəyə qayıtmasının müəyyən vaxt aparacağını ifadə edən Klodet, "Çox işləyir, amma əzələlərinə nəzarət edə bilmir. Ürəyimi parçalayan odur ki, o, həmişə intizamlıdır və çox çox çalışır” deyib.
Həm özünün, həm də bacısı Selinin arzusunun müğənninin səhnəyə qayıtması olduğunu bildirən Klodet buna nə dərəcədə nail ola biləcəyini hələ bilmədiklərini bildirib.
“Sərt insan sindromu” sərt əzələlərə, yüksək səslər və ya yüngül toxunuş kimi şeylər tərəfindən tətiklənə bilən ağrılı əzələ spazmlarına səbəb olur. Səbəbi bilinməsə də, bu sindromun, immunitet sisteminin səhvən bədənin normal toxumalarına hücum etdiyi "otoimmün xəstəliklərdən" biri olduğu düşünülür.