Şəmkirdə avtomobil ağaca çırpılıb, ölən var

10:44 18.01.2026
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonunda minik avtomobilinin ağaca çırpılması nəticəsində xəsarət alanlardan biri xəstəxanada vəfat edib.

Hafta.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, ölən şəxs 1985-ci il təvəllüdlü R.Süleymanovdur.

Qəza zamanı ağır xəsarət alan digər şəxs – 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyətinin ağır olaraq qaldığı bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.