Sentyabrın 7-dən 13-dək Azərbaycanda yeni növ koronavirus infeksiyasından 1051 nəfər sağalıb

12:11 20.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 7-dən 13-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasından 1051 nəfər sağalıb. Bu, son 3 həftə ərzində ən yüksək göstəricidir.

Hafta.az koronavirusinfo.az saytına istinadla xəbər verir ki, həmin həftə COVID-19-a 998 yoluxma faktı qeydə alınıb. Həmin göstərici avqustun 17-23-dən etibarən həftələr arasında ən az yoluxma sayıdır. Bununla yanaşı, ötən həftə koronavirusdan 14 nəfər vəfat edib. Ölüm sayı da bir öncəki həftə ilə müqayisədə azalıb.

Oxunma sayı 1513