Sentyabrın ilk 10 günü hava sərin olacaq

10:39 31.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın ilk ongünlüyündə hava nisbətən sərin olacaq.

Bu barədə hafta.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Bildirilib ki, bu proses sentyabrın 5-8-də gözlənilir:

"Həmişə olduğu kimi, xəzrinin müşayiəti ilə havanın temperaturu 5 dərəcədək aşağı enəcək.Təxminən 25 gün davam edən uzun sürən quraqlıqdan sonra bölgələrdə yağışlar gözlənilir".