Sərnişin təyyarəsi qəzaya uğradı - Qalıqları tapıldı

11:05 24.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Amur bölgəsində radardan itən və içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsinin qalıqları tapılıb.

Hafta.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, təyyarənin qalıqları Tında şəhərindən 15 km məsafədə aşkarlanıb.

"Rosaviasiya"nın Mi-8 helikopteri təyyarənin yanan gövdəsini aşkar edib.

Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.