Yazını böyüt
Yazını kiçilt
"Səudiyyə Ərəbistanı Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan razılaşmanı alqışlayır və bunun Cənubi Qafqazda yeni sülh dövrünün başlanğıcı olacağına ümid bəsləyir".
Hafta.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
XİN sənədin imzalanması prosesində ABŞ-nin köməyini yüksək qiymətləndirib və bu razılaşmanın regionda qarşılıqlı anlaşma, əməkdaşlıq və təhlükəsizliyii gücləndirəcəyini gözlədiyini bildirib.
Bəyanatda vurğulanıb ki, bu saziş nəinki Azərbaycan və Ermənistan xalqlarının, həm də bütün Cənubi Qafqaz regionunun maraqlarına xidmət edəcək.