Səudiyyə Ərəbistanında bu il 7-ci dəfə keçirilən Kral Əbdüləziz Dəvə Festivalı böyük coyquyla davam edir. Əylənmək və ərəb dəvələrinin bənzərsiz gözəlliyindən həzz almaq üçün festival ərazisinə gələn böyük izdiham xüsusi qarşılanmadan zövq alırlar.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanının dəvələrlə sahibləri arasında ünsiyyət vasitəsi olan "Arda" və "hopal" rəqsi, digər cəhətlərlə yanaşı, insanlarla dəvələr arasında qarşılıqlı sevginin dərinliyini və gücünü təsdiqləyən bir çox xoş təzahürlər sırasındadır. İnsanlarla dəvələr arasında əlaqənin digər təzahürlərinə mahnı oxumaq və qarşılama şeirləri, Səudiyyə Ərəbistanı bayrağını dalğalandırmaq, əl çalmaq, başlarına qoyduqları ənənəvi geyimi atmaq və barmaqlarını bir nömrəyə tuşlamaq daxildir.

Festivalın özünəməxsusluğu diqqət çəkir. Dəvələr baxış platformasına çatana qədər azarkeşlər onları maşınlarda və ya piyada toy korteji kimi müşayiət edirlər. Azarkeşlər və münsiflər heyəti iştirak etdikləri yarışın rənginə və növünə görə qalib dəvələri qiymətləndirmək və seçmək üçün onları platformada gözləyir.
Məlumata görə, dəvələr meydana çıxan kimi tamaşaçılar salamlaşma yürüşünü tamamlamağa başlayanadək münsiflər heyətinin qarşısında təqdimat başlayır. Dəvələri həvəsləndirmək və sahiblərinə dəstək olmaq üçün onlar rəqslərlə qarşılanır.

Dekabrın əvvəlində başlayan və gələn il yanvarın ortalarınadək davam edəcək festival dəvəsevərlərin geniş iştirakının və böyük marağına şahidlik edir.
Ərəb və körfəz ölkələrinin, eləcə də dünyanın hər yerindən təşrif buyurmuş iştirakçıların qatıldığı festival çərçiəsində tədbirlər paytaxt Ər Riyaddan 130 kilometr şimalda yerləşən Ər-Ramhiya kəndindəki "Camel Club" tərəfindən təşkil olunur. İştirakçı sayına və mükafatlara görə dünyada ən böyük olan bu festival bir çox rekordlara imza atıb.