Səxavət Məmmədovun oğlu atasının Ağdamdakı məzarını ziyarət etdi-FOTO

17:27 20.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mərhum xanəndə Səxavət Məmmədovun ABŞ-da yaşayan oğlu Bəxtiyar Məmmədov uzun illər sonra ilk dəfə atasının işğaldan azad olunmuş Ağdam rayonundakı məzarını ziyarət edib.

Modern.az-ın məlumatına görə, ziyarət Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gerçəkləşib.


Qeyd edək ki, "Ay bəri bax", "Uca dağlar", "Yar bizə qonaq gələcək", "Ay çiçək", "Sarı bülbül", "Sona bülbüllər" kimi məşhur mahnıların təkrarsız ifaçısı Səxavət Məmmədov vaxtilə “Qarabağ” instrumental ansamblının solisti kimi ad-san qazanmışdı. Xanəndə 1991-ci il sentyabrın 30-da indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib. Onu Ağdamda dəfn ediblər.

Xanəndənin oğlu Bəxtiyar Məmmədov uşaqlıqda teleaparıcı kimi tanınıb. Bakı Dövlət Universitetində ali təhsil alandan sonra Xarici İşlər Nazirliyinin əməkdaşı kimi diplomatiya fəaliyyətinə başlayıb. Əvvəlcə Azərbaycan Respublikasının Argentinadakı səfirliyində konsulluq məsələləri üzrə məsul şəxs olub. Daha sonra ölkəmizin İtaliyadakı səfirliyində çalışıb.
Bir müddət sonra diplomatiya səhsindəki fəaliyyətinə son verərək Amerikaya köçüb. Hazırda okeanın o tayında yaşayır.

Oxunma sayı 177