Silvester Stallone Rembo estafetini cavan aktyora ötürəcək

10:10 14.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Silvestr Stallone Rembo seriyasında onu əvəz etmək istədiyi adı açıqlayıb. 77 yaşlı Stallone “Barbie”nin Oskarına namizəd olan ulduzu Rayan Qoslinqin adını çəkib.

Hafta.az-ın yazdığına görə, Stallone ilk dəfə 1982-ci ildə çəkilmiş "Birinci Qan" filmində özünün ən klassik rollarından olan Rembonu canlandırıb.

Stallone simvolik personajı 5 filmdə canlandırmağa davam edib ki, sonuncusu 2019-cu ildə çəkilmiş “Rembo: Son Qan”dır.

Keçən həftə teleulduz Cimmi Fallonun söhbət şousunun qonağı olan Stallone gələcək Rembo filmində estafeti kimə ötürmək istədiyi barədə ətraflı məlumat verib. Onun son müsahibəsinə istinad edən aparıcı Cimmi Fallon aktyordan Qoslinqin onu əvəz etməsini istədiyi şərhini soruşub.

Stallone, Qoslinqlə “nahar məclisində” tanış olduğunu və 42 yaşlı aktyorun ömürlük Rambo fanatı olduğunu açıqlayıb.

Stallone bildirib ki, Qoslinq ona "Mən həmişə Remboya heyran olmuşam. Məktəbə Rembo kimi geyinib gedirdim və insanlar məni təqib edərdilər, amma yenə də dayanmırdım” deyib. Bu da ona deyib ki, əgər fikirləşsə estafetanı kimə ötürsün, mütləq ona ötürəcək. Çünki o, bu obrazı çox sevir.

Silvestr Stallone gələcək Rembo filmində Con Rembo rolunu təkrar canlandırıb-canlandırmayacağını soruşduqda aydın cavab verib.

Toronto Beynəlxalq Film Festivalında çəkəcəyi "Sly" adlı sənədli filminin təqdimatı zamanı sualları cavablandıran məşhur aksiyon ulduzu zarafatyana cavabı ilə insanları güldürüb: "Rembo, mən ondan ayrıla bilərəm. Başqasını çəkmək istəsələr, öz işləridir. Bəs mən nə ilə mübarizə aparacağam, artritlə?”.

Oxunma sayı 292