Sinan Oğandan təklif - Türkiyə Superkubokunun finalı Xankəndidə keçirilsin

11:28 30.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanəsilli türk siyasətçi, ATA alyansından prezidentliyə keçmiş namizədi Sinan Oğan futbol üzrə Türkiyə Superkubokunun Xankəndi şəhərində keçirilməsini təklif edib.

Bu barədə siyasətçi paylaşımı rəsmi “X” hesabında edib.

Paylaşımda deyilir:

“Əgər mütləq xaricdə oynamaq istəyirsinizsə, “Xankəndi” stadionunu tövsiyə edirəm. Əks halda bu final paytaxta yaraşar ancaq!”