Skorsese məşhur səhnənin pərdəarxasından danışıb

11:08 29.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyaşöhrətli rejissor Martin Skorsese şedevr sayılan “Taxi Driver” filmində Robert De Nironun məşhur “Sən mənimlə danışırsan?” misrasını improvizə etdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, filmdə De Nironun canlandırdığı Travis Biçl obrazı güzgüdə özünə baxarkən qarşıdurma təsəvvür edir və soruşur: "Sən bunu mənə dedin? Mənə dedin? Sonra kimə dedin? Sən bunu mənə dedin? Burada tək mənəm. Sən kiminlə danışdığını düşünürsən?”.

Skorsese filmin ən məşhur anı olan bu xətt haqqında Stefen Kolbertlə “The Late Show”da qonaq olduğu çıxışında danışıb. Kolbert, De Niro çəkilməsəydi, səhnənin olmaya biləcəyi ilə bağlı şayiələrin doğru olub-olmadığını soruşub. 81 yaşlı rejissor “Bu, ssenaridə yox idi, ondan gəldi” deyib.

Son filmi “The Killers of a Flower Moon” ilə 10-cu dəfə Oskar mükafatına namizəd olan rejissor o zaman çəkilişlərin "qrafikdən geri qaldığını" və "böyük bəlaya düçar olduğunu" deyib.

Ən çox Oskara namizəd olan yaşayan rejissor adını qazanan Skorsese, prodüserlərinin "hirsləndiklərini" əlavə edərək, "Mənə 5-2 dəqiqə daha verin. Bir çəkiliş, bircə çəkiliş" deyib.

Məşhur səhnənin çəkilişini xatırladan Skorseze, "O vaxt video assistent olmadığı üçün De Nironun ayaqlarının dibindəydim. "Təkrar et, təkrar et!" deyirdim. O da hərəkətləri və silahı ilə eyni şeyi edirdi" deyib.

1976-cı ildə ekranlara çıxan “Taxi Driver” filmi həmin mövsüm “Ən yaxşı film”, “Ən yaxşı aktyor”, “Ən yaxşı ikinci plan qadın rolu” və “Ən yaxşı soundtrack” daxil olmaqla 4 kateqoriyada Oskara namizəd olub.

2005-ci ildə Amerika Film İnstitutu "Mənə dedin?" sitatını ən yaxşı film sitatları siyahısında 10-cu sıraya yerləşdirmişdi.