Şotland aktyor qayıqda ölü tapıldı

16:16 25.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qladiator" və "Cəsur ürək" kimi bir çox filmlərdə rol alan şotland aktyor Mayk Mitçell vəfat edib. 

Hafta.az xarici mediaya istinadən xəbər verir ki, 65 yaşlı aktyorun cəsədi Türkiyədə Fəthiyə bölgəsində yaxtalardan birinin içində aşkarlanıb.

Qeyd edək ki, bodibilder olaraq adını zirvələrə ucaldan Mayk "Mendilim kekik kokuyor", "The Planet," "One Day Removals," "City of Hell," "Life on the Line" və "Emmerdale" adlı ekran işlərində müxtəlif rolları canlandırıb.

O, həyat yoldaşı ilə birlikdə Türkiyədə yaşayırdı.

Oxunma sayı 2089