Stiv Martin "Kiçik dəhşət dükanı" filminin çəkilişlərində Miriam Marqolyesə "yumruq vurması" ilə bağlı iddiaları yalanlayıb.
Hafta.az-ın yazdığına görə, ikinci xatirələrində “Harri Potter”in ulduzu, Frank Ozun 1986-cı ildə çəkdiyi musiqili filmdə Martinlə işlədiyi “narahatedici” təcrübəsini bölüşüb. Martin filmin cani personajlarından olan sadist diş həkimini Orin Skrivello, Margolyes isə onun resepsiyonistini canlandırıb. Musiqili tamaşada Orin katibəsinin üzünə yumruq vurub, sonra isə qapını üzünə çırparaq xəstələrinə dəhşətli ağrılar verib.
Digər tərəfdən, 82 yaşlı Margolyes öz tərcümeyi-halında iddia edib ki, "Martin həqiqətən çəkiliş zamanı onu "yumruq və sillə ilə vuraraq yerə yıxıb".
Stiv Martin “The Hollywood Reporter”a verdiyi açıqlamada Margolyesin hadisə ilə bağlı versiyasını təkzib edərək, səhnəni çəkərkən "son dərəcə diqqətli" olduğunu deyib.
“Miriam Margolyesin “Kiçik dəhşət dükanı”ndakı səhnəmizi alçaldan təsvirini ilk dəfə oxuyanda təəccübləndim” deyib 78 yaşlı Martin.
“Yadımda qalan odur ki, biz yaxşı ünsiyyət quran peşəkar oyunçular idik. Amma ona zərər verdiyim və ya təhlükəli səhnələri canlandırmaqda ehtiyatsız olduğum deyilirsə, etiraz etməliyəm. Hər hansı digər oxşar səhnədə istifadə edəcəyim saxta yumruq səhnəsi zamanı çox diqqətli olduğumu xatırlayıram”, - o əlavə edib.