Fitch Ratings-in məlumatına görə, Ukraynadan Polşaya gələn təxminən 1 milyon qaçqın işçi münaqişə bitsə belə, öz ölkələrinə qayıtmayacaq. Agentliyin təhlilinə görə, ukraynalıların Polşa əmək bazarına uğurlu inteqrasiyası onların geri qayıtmasını çətinləşdirir.
Hafta.az-ın yazdığına görə, bu işçilərin Polşada davamlı olaraq qalması ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə verərdi. “Fitch” bildirir ki, bu vəziyyət Polşanın əmək bazarını gücləndirəcək, ÜDM artımına müsbət təsir edəcək və ümumilikdə makroiqtisadi göstəriciləri dəstəkləyəcək. Polşa iqtisadiyyatının Avropada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğunu vurğulayır.
Agentlik bu il və gələn il Polşa üçün 3 faiz iqtisadi artım proqnozlaşdırır ki, bu da 2027-ci ildə 3,1 faizə yüksəlir. Polşa hökuməti 2025-ci ildə 3,4 faiz, 2026-cı ildə 3,5 faiz, 2027-ci ildə isə 3,0 faiz artım proqnozlaşdırır.