Sülhməramlılar Ermənistana məxsus hərbi kolonları Qarabağa buraxdı

11:05 26.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağda yerləşdirilmiş rusiyalı sülhməramlılar son sutka ərzində görülən işlər barədə məlumat verib.

Hafta.az xəbər verir ki, sülhməramlı kontingentin mətbuat xidməti dekabrın 25-də Azərbaycan Ordusuna aid 8 hərbi avtomobil karvanının Qırmızı Bazar-Şuşa yolu və Laçın dəhlizi ilə hərəkətini təmin etdiklərini açıqlayıb.

Bundan başqa, Ermənistan ordusuna məxsus 2 hərbi kolon isə Laçın dəhlizi vasitəsilə Qarabağ ərazisinə buraxılıb.

Sülhməramlılar 5 hektar ərazini partlamamış mərmidən təmizlədiklərini də açıqlayıb.modern