Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü

11:06 17.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda ər arvadını boğaraq öldürüb.

 

Hafta.az-ın məlumatına görə, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib.  Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

 

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.