Sumqayıtda qadının ölümündə şübhəli bilinən şəxs saxlanılıb

21:57 19.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 19-da saat 20 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayonda evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, araşdırmalarla cinayət əməlini qadının qeyri-rəsmi münasibətdə olduğu 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.

T.Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.