Sürpriz film daha bir mərhələyə çatdı

11:52 28.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Amerikanın “Variety” jurnalı soruşur: "Qlen Pauell və Sidney Svini yeni Culiya Roberts və Corc Kluni ola bilərmi?".

Hafta.az-ın yazdığına görə, Svini və Pauellin romantik komediya filmi "Anyone But You" dünya miqyasında 200 milyon dollarlıq gəlirlə kassada böyük bir mərhələyə çatıb. Son illərin ən yüksək kassa gəliri ilə romantik komediya filmi olmağı bacaran film, baş rollarda Culiya Roberts və Corc Kluninin oynadığı “Cənnətə bilet” və Sandra Bullokun “İtirmiş şəhər” filmi kimi janrın son nümunələrini geridə qoyub.

25 milyon dollarlıq aşağı büdcə ilə çəkilən film dekabrda ABŞ-da nümayiş olundu, lakin kassa siyahılarında qalıb. Belə ki, romantik komediya filminin ABŞ-da bilet satışı 86,5 milyon dollara çatdığı halda, dünya üzrə 112,8 milyon dollar qazana bilib.

Bəs, tənqidçilərin “romantik komediyanı xilas edən duet” kimi qələmə verdiyi aktyorları bundan sonra nə gözləyir?

Pauell şənbə gecəsi “Screen Actors Guild” Mükafatlarında “Variety”nin redaktoru Mark Malkinə "Svini ilə birlikdə çoxlu ssenari oxuduq" deyib.

35 yaşlı aktyor mükafatlandırma mərasimində Svini ilə nə qədər uyğun olduğundan da danışıb: "Sidneylə işləmək çox asan və əyləncəlidir. Biz mütləq növbəti işi tapmağa çalışırıq. Zəhmət olmasa, bizə bütün ssenariləri göndərin. Yeri gəlmişkən, Sidney hər şeyi oxuyur və özü də rekord müddətdə. Düşünürəm ki, o, tanıdığım ən sürətli oxucudur. Biz hər şeyi oxuyuruq və sadəcə nəyin məntiqli olduğunu, tamaşaçıların cavab verəcək nəyə çevrilə biləcəyimizi görməyə çalışırıq".

2023-cü ilin ən gəlirli istehsallarından olan “Səndən başqa”, ABŞ-da 82,6 milyon dollar qazanan Ceyson Stathamın “Meg 2: The Trench” və Marvel Cinematic Universe-nin ABŞ-da 84,5 milyon dollar gəlir əldə edən “The Marvels” fillərini geridə qoymuşdu. 

“Səndən başqa”, 2023-cü ilin ən çox gəlir gətirən canlı hərəkətli romantik komediyası olub.

Filmin aktyor heyətinə həmçinin Aleksandra Şipp, GaTa, Mişel Hurd, Dermot Mulroney, Raçel Griffits və Brayn Broun daxildir.

Oxunma sayı 121