“Survivor-2022" yarışının çempionu məlum oldu

09:21 01.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 1-nə keçən gecə Türkiyənin TV 8 kanalında yayımlanan “Survivor All Star-2022” yarışmasının finalı keçirilib.

Hafta.az xəbər verir ki, TV 8 kanalında canlı yayımlanan finalda daha çox səs toplayan Nisa Bölükbaşı “Survivor All Star”ın çempionu olub.

Məlumatı izləyicilərə yarışmanın aparıcısı və TV 8 kanalının sahibi Acun İlıcalı çatdırıb.

Qeyd edək ki, finalda Nisa Bölükbaşı Adəm Kılıççı ilə mübarizə aparıb.

Oxunma sayı 221