Azərbaycanda da böyük maraqla izlənilən survivor yarışmasının saxta olduğunu, heç kimin Survivora getməməsi ilə bağlı açıqlamalar verən Survivor Nagihan üçün Acun Ilıcalıdan cavab gəlib. Ilıcalı həm yeni mövsüm üçün məlumat verib, həm də Nagihan Karaderenin açıqlamalarına cavab verib.
Nagihanın dediklərini heç vaxt qəbul etmədiyini deyən Acun Ilıcalı Karadere üçün bu açıqlamanı verib: “Survivorda birinci ola bilmədiyi üçün Nagihan xanım çox üzüldü. Məsələn, Nagihan hansı xüsusiyyəti ilə birinci olacaqdı, anlaya bilmədim.
Nagihan Karadere bu açıqlamadan sonra Tvitter hesabında Acun Ilıcalı ilə əlaqə saxlaya bilmədiyini və telefonunun məşğul olduğunu yazıb.
Bu arada jurnalist Bilal Özcan Nagihan Karadere ilə bağlı pis xəbər verib.
48 yaşlı Nagihan Karadere ona zəng edən Bilal Özcana bu sözləri deyib. "Bir ay əvvəl xərçəng xəstəliyinə tutulduğumu və hamının çörəyimlə oynadığımı öyrəndim. Saatlarla ağlayıram. Hətta ailəmin də xəstəliyimdən xəbəri yox idi, yeni öyrəndilər, bu gün anama dedim. Xahiş edirəm mənim üçün dua edin”.