Şuşada yaxın 5 ildə qarşıya qoyulan məqsədlərə nail ola biləcəyik - Zahid Abbasov

15:53 15.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Şuşada yollar adi asfaltdan çəkilmirdi. Hamısı bülöv-qəmər daşlardan idi. Onlar qayalardan qopmuş daşlardır ki, 9-cu dərəcəli daşlar hesab olunur. 10-cu dərəcəli daşlar mərmərdir.

Bu fikirləri hafta.az-a 32 il Şuşa Şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəhbəri işləmiş Zahid Abbasov deyib:

Bütün qapıların, pəncərələrin kənarları, yolların sütunları hamısı həmin o bülöv-qəmər daşlardan düzəlirdi. Yerə də bülöv daşlar düzülür, bu daşlar bir az işlənəndən sonra gözəl hamarlanır, çox gözəl bir görkəm alınır. Əminəm ki, bərpa işləri tezliklə öz nəticəsini verəcək. Yaxın 5 ildə qarşıya qoyulan məqsədlərə nail ola biləcəyik.