Hindistanda hakim BJP administrasiyasına bağlı Assam Ştat Assambleyasının üzvü Rupjyoti Kurmi baş nazir Narendra Modini Tac Mahalı sökməyə çağırıb.
Hafta.az-ın Mepanews-ə istinadən yazdığına görə, Kurmi iddia edib ki, Tac Mahal sökülməli və yerinə hindu məbədi tikilməlidir.
Hindistanda hakimiyyətdə olan tanınmış simalar bir müddət müsəlmanların ibadət yerlərinin, məscidlərinin, evlərinin və iş yerlərinin sökülməli olduğunu müdafiə edir. BJP administrasiyası rəsmiləri də bir çox hallarda müsəlman evləri və iş yerlərinin dövlət torpaqlarında tikildiyini əsas gətirərək sökülməli olduğunu bildirirlər. Hakimiyyət həmçinin hindu məbədləri üzərində tikildiyi iddia edilən müsəlmanlara məxsus tarixi yerlərin, məscid və ziyarətgahların da sökülməsini tələb edir.