Tahir Rzayev: Qanuna təklif edilən dəyişiklik strateji əhəmiyyət daşıyır

13:35 20.02.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu məsələ investor hüquqları deyil, milli təhlükəsizlik kontekstində dəyərləndirilməlidir”.

Hafta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü iclasında deputat Tahir Rzayev səsləndirib. O, “İnvestisiya fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişikliklərin strateji əhəmiyyət daşıdığını bildirib.

Deputatın sözlərinə görə, bu dəyişikliklərə yalnız investor hüquqlarının qorunması prizmasından yanaşmaq düzgün olmaz. O vurğulayıb ki, məsələ daha geniş və fundamental çərçivədə – milli təhlükəsizlik kontekstində qiymətləndirilməlidir.

Tahir Rzayev əlavə edib ki, strateji sahələrdə atılan hər bir addım dövlətin uzunmüddətli maraqları və təhlükəsizlik prioritetləri nəzərə alınmaqla dəyərləndirilməlidir.