Tamar Kordzaia: “Konstitusiya Məhkəməsi sabah qərar verəcək”

11:40 28.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Konstitusiya Məhkəməsi həqiqətən Rusiya Konstitusiya Məhkəməsinin yolu ilə getmək, yoxsa Gürcüstanın maraqlarını rəhbər tutmaq barədə sabah qərar verəcək”.

Hafta.az-ın yazdığına görə, bunu “Birlik-Milli Hərəkat”ın liderlərindən Tamar Kordzaia “Xarici təsirin şəffaflığı” qanununa qarşı konstitusiya iddiaları ilə bağlı bildirib.

Kordzaiyanın sözlərinə görə, “məhkəmə Rusiya qanunlarının fəaliyyətini tamamilə dayandırmasa, bu, vətəndaş cəmiyyətinə, hər bir vətəndaşa düzəlməz ziyan vuracaq”.

“Müvəqqəti xarakter daşıyacaq və qanunun fəaliyyətinin tam dayandırılması ilə nəticələnməyəcək hər hansı digər qərar Rusiya Konstitusiya Məhkəməsinin qərarının davamı olacaq. Ona görə də qanunun icrasından sonra yaranacaq riskləri məhkəmə qarşısında əsaslandırmaq üçün əlimizdən gələni edəcəyik və ölkə üçün sərfəli qərar çıxarmağa çalışacağıq. Qanunun sanksiya hissəsi sentyabrın 1-dən qüvvəyə mindiyi üçün Konstitusiya Məhkəməsinin sentyabrın 1-dən əvvəl bu qərarı verməsi məqsədəuyğun olardı”, - Tamar Kordzaia deyib.

Xatırladaq ki, avqustun 29-da Konstitusiya Məhkəməsində “Xarici təsirin şəffaflığı” qanununa qarşı qaldırılan iddialarla bağlı tənzimləmə iclası keçiriləcək.