Tərtərin 6 kəndinin işığı kəsilib

16:48 05.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bölgədə kəskin dəyişən qeyri-sabit hava şəraiti Tərtərdə altı kəndə işığın verilməsində fasilə yaradıb.

Tərtər rayon icra hakimiyyətindən hafta.az-ın Qarabağ bürosuna verilən məlumata görə, külək səbəbindən baş verəcək fəsadların qarşısını almaq məqsədi ilə rayonun Bəyimsarov, Sarov, Şıxarx, Həsənqaya, Qarağacı və Qapanlı kəndlərində müvəqqəti olaraq elektirik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb.