Təyyarə qəzası - Ölənlər var

21:10 09.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində azı iki nəfər həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə "Cadena SER" radiostansiyası məlumat yayıb.

Məlumata görə, insident Valensiya muxtar əyalətində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər qəzadan sonra yaranan alovu söndürüblər.

Qəzanın səbəbləri məlum deyil. Mülki Qvardiya hadisə ilə bağlı araşdırma aparacaq.