“Tofi” ləqəbli tiktoker həbs edildi

18:41 03.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən şəxs müəyyən olunaraq saxlanılıb.

Hafta.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 2002-ci il təvəllüdlü “Tofi” ləqəbli Yevlax rayon sakini Tofiq Qasımlı məsuliyyətə cəlb olunub.

Müvafiq qərarla T.Qasımlı inzibati qaydada həbs edilib.