Yazını böyüt
Yazını kiçilt
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan parlamentinin aşağı palatası Məclisi buraxıb və növbədənkənar seçkiləri martın 19-na təyin edib, dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı 19 yanvar 2023-cü il tarixli fərmanı ilə yeddinci çağırış Qazaxıstan Respublikası Parlamenti Məclisini buraxdı, habelə Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatlarına növbədənkənar seçkilər təyin etdi. 19 mart 2023-cü il”, - mətbuat xidmətindən bildirilib.
Həmin günün əvvəlində Tokayev konstitusiyaya uyğun olaraq parlamentin palata sədrləri və baş nazirlə Məclisi buraxmaq və məslihatların (yerli nümayəndəlik orqanları) səlahiyyətlərinə vaxtından əvvəl xitam verməklə bağlı məsləhətləşmələr aparıb.