“The Sopranos” filmində baş qəhrəman Toni Soprano obrazını canlandıran Ceyms Qandolfininin davamlı olaraq serialı tərk etməyə çalışdığı bildirilir.
Hafta.az-ın “Screen Rant”a istinadən yazdığına görə, HBO serialının yaradıcısı David Çeyz və Silvio Dante obrazını canlandıran Stiven Van Zandt “Empire” dərgisinə verdiyi müsahibədə Qandolfininin gərgin iş qrafiki onları boğduqlarını bildiriblər.
Qandolfini haqqında "O, hər gün serialdan ayrılmağa çalışırdı" deyən Van Zandt belə davam edib: "Televiziyada saat 06.00-dan 22.00-a kimi işləyirsiniz. O, kino sənayesindən gəlib, gündə iki səhifə ssenarisini çəkirdilər. Burada 5, 6 və ya hətta 7 səhifəlik ssenarimiz vardı. Biz epizodlar çəkirdik. Onlardan 4-ü doktor Melfinin kabinetində Lorreynlə olan səhnələr idi. Bunlar da ağır səhnələrdir. Ona görə də o, tez-tez "Mən bunu edə bilmərəm” deyirdi”.
Amerikalı aktrisa Lorayin Brakko serialda Toni Sopranonun psixoloqu Dr. Cennifer Melfi rolunu oynayır.
Çeyz deyib ki, bir gün Qandolfini hər şeydən bezərək filmdə santexnik olmalı olduğunu deyib.
“The Sopranos” filminin heyətinə qoşulmazdan əvvəl Qandolfini 1993-cü ildə “Dəli romantika” və 1995-ci ildə “Dənizdə üsyan” kimi filmlərdə çəkilib.
"The Sopranos"un ulduzu 2013-cü ildə Romaya səfəri zamanı infarkt keçirərək 51 yaşında vəfat edib.