Torpaq və əmlak vergisində güzəştlər kimlərə tətbiq olunur?

22:38 26.12.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Torpaq və əmlak vergisinin ödənilməsi ilə bağlı binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı şəxslərə əmlak və torpaq vergisinin ödənilməsində güzəştlər tətbiq edilir:

Azərbaycan Respublikasının Milli Qəhrəmanları, Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər, Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə. Bu şəxslərə əmlak vergisininin məbləği 30 manat, mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır.