Toydan sonra avtomobilqarışıq YANDI

09:47 08.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Salyan rayonu ərazisində qeydə alınıb.

Hafta.az xəbər verir ki, rayonun Qarabağlı kənd sakini, 1987-il təvəllüdlü Emil Əzizov gecə saatlarında idarə etdiyi "Mercedes" markalı avtomobili hasara çırpıb. Daha sonra avtomobildə yanğın başlayıb və o yanaraq ölüb.

E.Əzizovun Ağcabədi rayonundan toydan qayıtdığı zaman hadisənin baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.