ABŞ İranda hərbi kampaniyanı yaxın həftələrdə başa çatdıracaq.
Hafta.az xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp bildirib. “Bizim bir məqsədimiz var idi – onların nüvə silahı olmayacaq. Bu məqsədə nail olduq. Onların artıq nüvə silahı olmayacaq”, – deyə Tramp qeyd edib.
O iddia edib ki, İranda hakimiyyət dəyişikliyi baş verib:
“Onların bütün liderləri yoxa çıxıb. Buna görə də rejim dəyişdi. İndi yeni rəhbərlik var”.
Tramp bildirib ki, ABŞ əməliyyatı 2-3 həftə ərzində yekunlaşdıracaq və bu, İranın Vaşinqtonla razılaşma əldə edib-etməməsindən asılı olmayacaq:
“Bəlkə də daha tez razılaşma əldə edəcəyik. Amma biz etdiklərimizi bərpa etmək üçün onlara 15-20 il lazım olacaq”.
O həmçinin qeyd edib ki, Hörmüz boğazından çox sayda gəmi keçməyə davam edir və ABŞ bu prosesə müdaxilə etmir:
“İranın artıq heç nəyi qalmayıb. Onlar uduzduqlarını etiraf edir və razılaşma üçün yalvarırlar”.