Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın birləşmələrini Çikaqo şəhərinə göndərməyi planlaşdırır.
Hafta.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında deyib. Lakin o, belə bir əməliyyatın nə vaxt keçiriləcəyini açıqlamayıb.
O, Çikaqoda baş verən silahlı zorakılıqlar barədə məlumat verərək, İllinoys ştatının qubernatorunun federal yardım istəməli olduğunu söyləyib:
"Əgər İllinoys qubernatoru çağırsa, bunu etmək istərdim. Lakin onsuz da bunu edəcəyik. Bizim bunu etməyə haqqımız var, çünki bu ölkəni qorumaq öhdəliyim var".