Tramp Vaşinqtonda ölüm cəzasını qaytarmaq istəyir

22:55 26.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda ölüm hökmünün yenidən bərpa olunmasını istəyir.

Hafta.az bu barədə xarici mətbuata istinadən bildirir.

Amerika lideri kabinet iclasında söyləyib ki, paytaxtda biri digərini öldürərsə, bunun cəzası edam olmalıdır: “Ölkədə buna hazır olub-olmadığımızı bilmirəm, amma bizim başqa seçimimiz yoxdur. Kimsə kimisə öldürsə, cəzası ölüm hökmüdür”.

Qeyd edək ki, Vaşinqton ştatında ölüm hökmü 2018-ci ildən tətbiq edilmir.