Türkiyədən bütün ölkələrə qadağa: AZƏRBAYCANDAN BAŞQA - DETALLAR

18:34 15.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsi Şimali Kipr və Azərbaycan istisna olmaqla kərə yağının ixracına qadağa qoyub.

Hafta.az bildirir ki, “report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu qərar ölkədə kərə yağı çatışmazlığının qarşısını almaq, tələb-təklif balansını qorumaq məqsədilə qəbul edilib.

Bu ilin I rübündə Türkiyə 34 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56 dəfə çoxdur.