Yazını böyüt
Yazını kiçilt
Türkiyəli musiqiçi Şener Esen silahlı hücum nəticəsində dünyasını dəyişib.
Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında İzmir şəhərinin Buca səmtində baş verib. Naməlum şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 42 yaşlı musiqiçi ağır yaralanıb.
Şener Buca Doğum və Uşaq Xəstəlikləri Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Polis axtarış istiqamətində işləri davam etdirir.