Türkiyənin zəlzələ bölgəsindən sonuncu təxliyə avtobusu Azərbaycana yola düşüb

22:00 10.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün axşam saatlarında (təqribən 18:00) Türkiyənin zəlzələ bölgəsindən sonuncu təxliyə avtobusu Azərbaycana yola düşüb.

Bu barədə hafta.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.

Onun sözlərinə görə, Adana Avtovağzalından yola düşən sonuncu təxliyə avtobusundakı həmvətənlərimizin konkret sayı barədə əlavə məlumat veriləcək.