Yazını böyüt
Yazını kiçilt
Kiyev vilayətinin Brovarı şəhərində 18 nəfərin öldüyü helikopter qəzasının mümkün səbəbləri açıqlanıb.
Hafta.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə, bu səbəblər sırasında helikopterdə nasazlığın olması, təhlükəsizlik tədbirlərinin pozulması və təxribat variantları var.
***
Ukraynanın paytaxtı Kiyevdə helikopter uşaq bağçasının ərazisində qəzaya düşüb.
Hafta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qəzada dövlət rəsmiləri də həlak olub.
Kiyev Polisinin yaydığı məlumata görə, Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun müavini Yevgeni Yenin də həyatını itirib.