Ukrayna Rusiya  bir “Flaminqo” zərbəsi ilə “FSB”-nin 8 zabitini məhv etdi...-Ştirlits -FOTO

17:35 01.09.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyası Federal Təhlükəsilik Xidmətinin (FTX- "FSB")Sərhəd Xidmətinin bazasına zərbə endirilib. Nəticədə zabitlər məhv edilib.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin polkovniki Anatoli Stefan Ştirlits məlumat yayıb.

Hadisə çərşənbə axşamı, avqustun 26-da baş versə də, mediaya məlumat yenicə çatdırılıb.

İlkin məlumata görə, işğalçı ölkənin sərhəd xidmətinə zərbə Belqorod istiqamətində baş tutub.

Ştirlits bildirib ki, zərbə nəticəsində Rusiya Federasiyası FTX-nin Sərhəd Xidmətinin 8 zabiti bir anda məhv edilib.

"Avqustun 26-da raket zərbəsi nəticəsində Rusiya Federasiyası FTX Sərhəd Xidmətinin 8 zabiti bir anda məhv edilib. Düşmənlərə ölüm", - məlumatda belə deyilir.

Hadisəni jurnalist Yuri Butusov şərh edərək, Ukraynanın “Flamingo” raketlərinin istifadəsinə eyham vurub.

"Durnacıqlar "Flamingo" ilə tanış oldularmı?",-deyə o ironik şəkildə qeyd edib.

Xatırladılır ki, son 24 saat ərzində Ukrayna əsgərləri 810 işğalçını məhv etməyə müvəffəq olub. Düşmənin ümumi döyüş itkiləri 1 milyon 82 min 990 nəfərə çatıb.

Texnika itkiləri təxminən belə olub:

Tanklar - 11 155 (+4)

Zirehli döyüş maşınları - 23 229 (+17)

Artilleriya sistemləri - 32 248 (+49)

YARS - 1,476

Hava hücumundan müdafiə sistemləri - 1213

Təyyarə - 422

Helikopterlər - 341 (+1)

Əməliyyat-taktiki səviyyəli PUA-lar - 55 276 (+214)

Qanadlı raketlər - 3664

Gəmilər / qayıqlar - 28

Sualtı qayıqlar - 1

Avtomobil avadanlığı və yük maşınları - 60 399 (+94)

Xüsusi texnika – 3952.