Ukraynada 2007-ci ilədək 3094 tank olub - onlardan 783-nü satıb

10:45 19.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynada 2007-ci ilə qədər 3094 tank olub, onlardan 783-ü əsasən Afrika ölkələrinə satılıb, bəziləri isə envanterdən çıxarılaraq təkrar emala verilib.

Hafta.az-ın yazdığına görə, bu barədə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləyə (CFE) istinadən bildirilir.

Ukrayna tankları Efiopiya, Sudan və Nigeriya kimi Afrika ölkələrinə satılıb. Söhbət əsasən Sovet dövrünün T-72, az sayda isə T-55 tanklarından gedir. Bundan əlavə, 2015-2018-ci illərdə Ukrayna Tailanda zirehli döyüş maşını - BM-Oplot və T-64BV-1 də satıb. Nəticədə isə 2017-ci ilədək tankların ümumi sayı 1818-ə enib.

Bununla belə, ordunu gücləndirmək üçün əvvəllər satılan tankları geri almaq qeyri-mümkün ola bilər, çünki onlar artıq 10-15 ildir Afrikada istifadə olunur. "Ən azı əsaslı təmir aparılmalı və nəticə çox gözlənilməz olacaq", - hərbi ekspert Nikolay Salamaxa deyib.