Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) ekspertləri bildirirlər ki, Ukraynaya öz hücum əməliyyatını həyata keçirmək üçün Qərbdən 100-ə yaxın tank lazımdır.
Britaniya hərbi kəşfiyyatının keçmiş rəhbəri Fil Osborn bu qiymətləndirmə ilə razıdır. Eyni zamanda, o qeyd edib ki, hər şey “düzgün hazırlıqdan, yaxşı təchizatdan və Kiyevin 2023-cü ilin yazına olan hərbi planlarından” asılı olacaq.
Bundan əvvəl Britaniya hakimiyyəti Ukraynaya 14 “Challenger 2” tankı verəcəyini vəd etmişdi, Polşa isə Almaniyanın razılığını tələb edən daha 14 Alman “Leopard 2” tankını Kiyevə verməyi planlaşdırır. Qeyd edildiyi kimi, Ukrayna eyni zamanda 300 tank və ən azı 600 döyüş maşını tələb edib.
Nəşr qeyd edir ki, IISS-in məlumatına görə, NATO-nun 13 ölkəsində 2300-dən bir qədər çox Leopard 2 var, ən azı 300-ü anbardadır, lakin bir çoxu acınacaqlı vəziyyətdədir.