Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ramstein-8 görüşünün iştirakçılarını Ukraynaya dəstəyi zəiflətməməyə çağırıb. Ostin bunu Almaniyadakı aviabazada keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (“Ramşteyn-8” adlanır) iclasının əvvəlində deyib.
"Bu, müəyyənedici məqamdır. Rusiya yenidən qruplaşır, işə cəlb edir və yenidən təchiz etməyə çalışır. İndi sürəti azaltmaq vaxtı deyil. Problemə daha dərindən baxmaq vaxtıdır. Ukrayna xalqı bizi izləyir. Kreml də izləyir. Bizi isə tarix izləyir. Ona görə də biz dayanmayacağıq və Ukraynaya Rusiya imperiyasının təcavüzündən özünü müdafiə etməkdə kömək etmək əzmimizdən geri çəkilməyəcəyik”, - Ostin bildirib.