Ulduz aktyor "oyunu dəyişən" serialını çox bəyəndi

09:50 29.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kristofer Nolan baş rolları Emma Stoun və Natan Filderin oynadığı satirik “The Curse” serialını tərifləyib.

Hafta.az-ın yazdığına görə, 10 seriyadan ibarət və ötən ilin noyabrında BluTV-də premyerası olan “The Curse” filmi HBO-nun “The Rehearsal” serialı ilə tanınan Nathan Fayelder və Netflix-in çox bəyənilən “Ucut Gems” filminin rejissoru Benni Safdi tərəfindən çəkilib.

“The Curse” uşaq sahibi olmağa çalışan, realiti-şouda iştirak etdikləri üçün gündəlik həyatları 7/24 lentə alınan və onlara lənət gəldiyinə inanan cütlüyün hekayəsi üzərində dayanır.

“Showtime”, məşhur “Oppenheimer” və “Tenet”in Oskar mükafatına namizəd rejissoru Nolanın moderatorluğu ilə xüsusi sual-cavab yayımlayıb. 53 yaşlı rejissor serialı tərifləyərək deyib: "Bu, inanılmaz serialdır və əvvəllər televiziyada gördüyüm heç bir şeyə bənzəmir".

“Oyun dəyişdirən” serialların çox az olduğunu vurğulayan Nolan “The Curse”u  David Linçin məşhur “Twin Peaks” serialı ilə müqayisə edib.

“Həqiqətən görünməmiş seriallar çox azdır. Siz “Twin Peaks”, “The Prisoner” və ya “Dennis Potter's Singing Detective” kimi şeylərə qayıdırsınız, buna görə də inanılmaz zonadasınız və kulminasiyanı tutmaq üçün səbirsizlənirsiniz”, - Nolan deyib.

Serialın baş rol ifaçılarından biri olan Emma Stoun haqqında yüksək sözlər deyən rejissor əlavə edib: "Emma Stoun haqqında danışmaq istəyirəm. Məncə, onun ifası tamamilə təəccüblü və gözəldir".

Stoun və Fayelderdən başqa, “The Curse” filmində Benni Safdi, Korbin Bernsen və Barxad Abdi də çəkilib.