Məşhur aktyor Dominik Uest “The Crown” haqqında mənfi rəyləri oxuduqdan sonra iki gün yataqdan qalxmadığını etiraf edib.
Hafta.az-ın yazdığına görə, keçən il premyerası olan Netflix serialının 6-cı və son mövsümü tənqidçilər və kral ekspertləri tərəfindən "son dərəcə dadsız" və "tamamilə acınacaqlı" olaraq xarakterizə edilmişdi.
“The Crown”da o zaman Şahzadə Çarlz kimi tanınan Kral obrazını canlandıran 54 yaşlı aktyor serial bitəndə rahatladığını və artıq kral ailəsi dünyasına dalmaq məcburiyyətində olmadığını bildirib.
BBC Radio 4-ün proqramında qonaq olan aktyordan kral ailəsinin seriala necə reaksiya verəcəyindən narahat olub-olmadığı soruşulub.
"Bütün reaksiyalar məni narahat edir" deyən aktyor əlavə edib: "Bütün tənqidləri oxudum və iki gün yataqda qaldım. Yəni bəli, həssas ruhum var, insanların nə düşündüyündən narahatam. Onların həyatlarını olduğundan daha da çətinləşdirmək istəmirəm”, - deyə bildirib.
HBO-nun məşhur detektiv hekayəsi “The Wire” ilə də tanınan aktyor serialdakı təcrübəsindən danışarkən bunları deyib: "Serialda olmağı çox sevirdim. Paltar geyinməyi, maşın sürməyi və insanların məni salamlamağı çox sevirdim. Bu, şübhəsiz ki, əla hiss idi".
2014-2019-cu illər arasında yayımlanan “The Affair” serialında Nuh Sollovay obrazını canlandıran ingilis aktyor "Bu hiss üçün darıxıram" sözlərini əlavə edib.
Artur Millerin “A View from the Bridge” filminin yeni teatra uyğunlaşdırılmasında rol alacaq aktyor gülərək deyib: “Teatrda yenidən monarxiyadan danışmağa ehtiyac duymamaq çox rahatlıqdır”.