Uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq

12:10 29.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gələn ilin yanvarından etibarən paytaxtın uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq.

Hafta.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətində keçirilən geniş tərkibli seminar-müşavirədə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Elgin Həbibullayev deyib.

E.Həbibullayevin sözlərinə görə, bağçalara elektron qəbula keçidlə bağlı hazırlıq işləri başa çatmaq üzrədir və gələn ilin əvvəlindən pilot layihə olaraq Nizami rayonunda bağçalara elektron qaydada qəbula başlanılacaq, sonradan isə mərhələli şəkildə digər rayonlar da yaradılan elektron sistemə qoşulacaq.