Yazını böyüt
Yazını kiçilt
01 sentyabr 2022-ci il Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə "Zəfərlə başa çatan Vətən müharibəsi inşa yazı müsabiqəsi" mövzusuda tədbirlərin və yazı müsabiqəsinin keçirilməsinin təşkili layihəsinin həyata keçirilməsinə start verib.
Layihənin məqsədi, Qarabağ uğrunda döyüşlərdə igidliklə vuruşmuş milli qəhrəmanlarımız, şəhidlərimiz, qazilərimiz,veteranlarımızın şərəfli döyüş yolunu, milli vətənpərvərlik hisslərini yeniyetmə və gənc nəslə, eyni zamanda bütün ictimaiyyətə ötürməkdir. Keçiriləcək inşa-yazı müsabiqəsi yeniyetmə və gənclərin vətənpərvərlik haqqında fikirlərini ifadə etməyə dəstək olacaqdır.